Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir “İstək “liseyinin 2017-2018 dərs ilinin məzuniyyət gecəsi keçirilib. Yeniavaz.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra üç rəngli bayraq səhnəyə gətirilib.
Tədbiri açıq elən edən aparıcı səhnəyə qonaqları salamlaması və məzunları təbrik etmək üçün Mingəçevir “İstək “liseyinin direktoru Fəqan Əhmədovu dəvət edib.
Qonaqları salamlayan direktor bildirib ki, bizim üçün çox böyük dəyəri olan ümummilli liderimiz Heydər Əliyevin 95 illiyinə və “Cümhuriyyətin 100” illiyinə həsr etdiyimiz və liseyimizin hazırladığı məzun gecəsinə xoş gəlmisiniz.
Fəqan Əhmədov 2017-2018 ci tədris ilində liseyin şagirdlərinin əldə etdiyi uğurlardan danışıb.
Bildirib ki, şagirdlər geridə qalan dərs ilində liseyin, şəhərin, öz valideyinlərinin, bütövlükdə ölkənin etimadını doğrultmaq üçün çox ciddi səylə çalışıblar.
Onlar respublika və dünya fənn, layihə olimpiadalarında yüksək nəticələr əldə ediblər.
Qeyd olunub ki, liseyin məzunları bu il DİM-in keçirdiyi 13 və 20 may yaz qəbul imtahanında ən yüksək nəticə göstərərək uğur əldə ediblər. 8 şagird 600 dən yuxarı bal toplayıb. Onların içərisində ən yüksək nəticəni göstərərək 695 bal toplayan şagird Hacıəhməd Əhmədzadədir.
Daha sonra məzunları və valideyinləri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təbrik nitqi söyləyərək məzunlara ən səmimi arzularını çatdırıb.
Qısa dövr ərzində “İstək“ liseyinin Azərbaycan təhsilinə verdiyi töhvədən danışaraq liseyin daha yüksək səviyyəyə yüksəlməsini qeyd edib. Liseyin pedoqoji heyətinə və rəhbərliyinə təşəkkürünü bildirən başçı məzunlara gələcək təhsil həyatlarında naliyyətlər arzulayıb.
Yüksək bal toplayan şagirdlərə hədiyyələr təqdim edib.
Daha sonra "İstək" liseylərinin baş idarəsinin Akademik Təhsil üzrə müşaviri Elxan Əliyev çıxış edərək Mingəçevir "İstək" liseyinin 2017-2018-ci tədris ilində şagirdlərin respublika və beynəlxalq fənn və layihə olimpiadasında böyük uğurlara imza atdığını, Mingəçevir təhsilinin öndə olduğunu və Mingəçevir təhsilinin həmişə 700 bal toplayan məzunları ilə fəxr etdiyini diqqətə çatdırıb.
Tədbirdə liseyin şagirdləri mahnılar səsləndirib, rəngarəng səhnəciklərlə tədbir iştirakçılarına xoş anlar bəxş ediblər.
Sonda bir daha məzunlar üçün son zəng çalınıb.
Esmira Hidayətova, Mingəçevir