Tramp və In sənəd imzaladılar - VİDEO

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri sammitin yekunları üzrə birgə sənəd imzalayıblar.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, liderlər uğurlu keçən sammitə görə bir-birinə təşəkkür edib.

D. Tramp bildirib ki, Sinqapurda imzalanmış sənəd çoxtərəflidir: “Biz çox vacib sənəd imzalayırıq. Olduqca hərtərəflidir. Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi çox tezliklə başlayacaq”.

K.Ç. In isə deyib ki, dünya tarixi sammitin nəticələri üzrə böyük dəyişikliklər görəcək: “Bu görüşün baş tutmasına görə Prezident Trampa təşəkkür edirəm”.

video

DİGƏR XƏBƏRLƏR

Top