Bu ölkədə inflyasiya 24500 faizi ötüb


2018-ci ilin mayında Venesuelada inflyasiyanın səviyyəsi illik hesablamada 24500 faizi ötüb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Milli Asambleyanın Maliyyə komitəsinin sədri Rafael Qusman deyib. Onun sözlərinə görə, may ayında qiymətlər hər gün 2,4 faiz bahalaşıb: “May ayında Venesuelada hiperinflyasiya 110,1 faiz, toplanan inflyasiya 1995,2 faiz, illik ifadədə 24571 faiz təşkil edib. Bu məlumatlar göstərir ki, hiperinflyasiyanı dayandırmaq üçün heç nə edilməyib”. Qeyd edək ki, ölkədəki ağır vəziyyət bir çox venesuelanı mühacirət etməyə məcbur edib. Hazırda təkcə Kolumbiyada 800 mindən çox venesuelalı var.

DİGƏR XƏBƏRLƏR

Top