
Rusiyanın ən yeni S-500 raket sistemi hədəfləri vurma məsafəsində yeni rekordlar müəyyənləşdirir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “The National Interest” jurnalı yazır. Nəşr qeyd edir ki, bu yeni nəsil silahı güclü S-400 sistemini tamamlamaq, eləcə də A-135 raket əleyhinə sistemi əvəz etmək üçün nəzərdə tutulub. Bildirilir ki, S-500 299 dəniz mil (553 kilometr) məsafədəki hədəfi vura bilir. Qeyd edək ki, S-500 sisteminin yaxın 25 ildə istismar edilməsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz