Azərbaycanda məktəbli yoldan 400 manat tapıb - "Elə bildim zarafat edir"

Zərdab rayonunda məktəbli Səyyad Rəsulov küçədən 400 manat pul tapıb.

S. Rəsulov tapdığı pulu sahibinin tapılması və ona təqdim etməsi üçün hazırlaşdığı kursun müəlliminə verib.

Bu barədə Yeniavaz.com saytına hadisənin şahidi, S. Rəsulovun müəllimi Natiq Eyvazov məlumat verib: "Səyyad Rəsulov Zərdab rayonunun Çallı kəndindəndir! Həftənin 1-ci günü gəldi yanıma, mənə dedi ki, yoldan 400 manat tapmışam. Əvvəl elə başa düşdüm ki, zarafat edir. Pulu verdi mənə. Məsləhət elədik ki, səbrli olaq, gözləyək! Elə də etdik! Dünən zəng gəldi və məlum oldu ki, itirilən pulun sahibi rayonumuzun Gödəkqobu kənd məktəbindən olan İsmayıl Zeynalovdur. İsmayıl Zeynalov 41 ildir müəllim işləyir!

Sən demə, müəllim öz maaşını alıb bizim ofisin yanında olan Arxiv Şöbəsinə gəlibmiş. Pulu da orada itiribmiş. Halal pul yiyəsinə qismət. Qısası, 4 gündür bu hadisənin təsirindəyik. Həqiqətən də, uşaqlarla işləmək, nə qədər gözəldir! Saf, təmiz, çirkab bilməyən"...

Natiq Eyvazov Səyyad Rəsulova, onun valideynlərinə və müəllimlərinə minnətdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top