ÖVLADINI GÖRMƏDƏN dünyadan köçən azərbaycanlı məşhurlar - SİYAHI

Bugünlərdə mərhum jurnalist, ötən ilin noyabırnda 41 yaşında infarktdan ölən Natiq Qədimovun oğul övladı doğulub. Yeni doğulan körpəyə Natiqin öz adı verilib. Bu hadisə Azərbaycanda çoxlarını kədərləndirdi.

Yeniavaz.com saytının məlumatına görə, bu, Azərbaycanda ilk belə hadisə deyil.

Övladını görmədən dünyadan köçən azərbaycanlı məşhurların siyahısını təqdim edirik.

- Azərbaycan Kikboksinq Federasiyasının üzvü, ikiqat Azərbaycan çempionu Elmir Cəlilov öldürüləndən sonra övladı dünyaya gəlib. E. Cəlilov 2006-cı ildə ailə qurmuşdu.

- Fikrət Bəşirov şəhid olandan sonra övladı dünyaya gəlib. Bu, onun ilk övladı idi. O, şəhid olmamışdan 5 gün öncə qız övladı doğulmuşdu. Lakin F. Bəşirov ilk övladını görmədən dünyasını dəyişib: "Şəhid olmamışdan 5 gün öncə onun ilk övladı dünyaya gəlib. Fikrət hərbi xidmətini yerinə yetirən zaman atası ona zəng edib, qızının olduğunu deyib. Fikrət sevindiyindən telefonda ağlayıb. O, bütün dostlarına ata olduğunu deyib. Ailəsinə bildirib ki, qızını görmək üçün məzuniyyət götürüb, kəndə gələcək. Atası ilə telefonda məsləhətləşib və qızına anasının adını - Hacıxanım qoyub. Lakin Fikrət yeni doğulmuş övladının üzünü görmədən dünyadan köçüb".

- Baş leytenant Ziya Həsənov da dünyasını dəyişəndən sonra övladı dünyaya gəlib. Z. Həsənov sağlığında "qızım olarsa, adını Yağmur qoyaram" demişdi. Şəhidin arzusunu yerinə yetirən ailəsi uşağa Yağmur adı qoyub.

- Aprel şəhidlərimizdən biri - Qabil Orucəliyevin şəhid olmamışdan 3 gün əvvəl ilk övladı - oğlu dünyaya gəlib. Dünyaya gələn körpəyə atasının adı verilib - Qabil.

- Kiçik çavuş Səyyar Quliyev də dünyaya gələn övladının üzünü görməyib. S. Quliyev aprel döyüşlərində qəhrəmancasına şəhid olandan 6 ay sonra onun qızı dünyaya gəlib. Körpəyə Zeynəb adı verilib.

- Baş leytenant Şahlar Nəzərov şəhid olandan sonra əkiz övladları dünyaya gəlib. Övladının üzünü görməyib. Qeyd edək ki, Ş. Nəzərov şəhid olmamışdan 5 ay öncə ailə qurmuşdu. Babasının məsləhəti ilə əkizlərdən birinə Şahlar adı qoyulub.

- Baş leytenant Tural Haşımlı ata olacağını ölümündən 6 saat əvvəl öyrənmişdi. Şəhid olmamışdan 7 ay əvvəl ailə həyatı qurmuşdu. Onun övladına öz adı qoyulub.

- 90-cı illərin əvvəlində, Qarabağ müharibəsində şəhid olanlar arasında da övladının üzünü görməyənlər az olmayıb. Onlardan biri də Milli Qəhrəman şəhid Sərdar Səfərovdur. Səfərov Sərdar Mədət oğlu yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. Ölümündən 3 ay sonra bir qızı dünyaya gəlib.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top