Azərbaycanda yaşyarımlıq UŞAĞI İLAN SANCIB - Elə bilirmiş oyuncaqdır

Yevlaxda körpəni ilan sancıb. Yeniavaz.com xəbər verir ki, hadisə axşam saatlarında Yevlax rayonunun Xanabad kəndində baş verib.

Yaşadığı həyətdə oynayarkən nəzarətsiz qalan yaşyarımlıq - 2016-cı il təvəllüdlü Cəfərov Ramal Tural oğlunu ilan sancıb. Uşaqın atası Tural Cəfərov saytımıza bildirib ki, artıq bununla neçənci dəfədir həyətlərinə, hətta evlərinə ilan girir: "Yevlax rayon Dezinfeksiya Stansiyasına müraciət etsək də, baxan yoxdur. İlan əleyhinə olan dərmanlar baha olduğu üçün almağa imkan yoxdur. Havalar isindikcə ilanlar evə soxulmağa can atırlar. Uşaqlarımızı bu təhlükədən qoruya bilmirik".

Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Körpəyə təcili tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, uşağın vəziyyəti qənaətbəxşdir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top