Bakıda avtomobil dirəyə çırpılıb, xilasetmə qüvvələri yardıma gəlib

Bakıda yol qəzası baş verib.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda “Opel” markalı minik avtomobili dirəyə çırpılıb.

Qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıblar. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top