Tramp: Bunu Obamadan soruşun

ABŞ Prezidenti Donald Tramp "Böyük yeddillik" sammiti çərçivəsində jurnalistlərin "Krımı Rusiya ərazisi kimi tanımaq lazımdır" sualına cavab verib. Yeniavaz.com-un RT-yə istinadən verdiyi məlumata görə, D. Tramp bəyan edib ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Barak Obamadan soruşmaq lazımdır. O deyib: "Çünki Krım Rusiyaya ilhaq ediləndə Obama Ağ evin rəhbəri olub". D. Tramp qeyd edib ki, Rusiyanı "Böyük səkkizlik"də görmək istəyir.

DİGƏR XƏBƏRLƏR

Top