Gürcüstanda rus turist döyülüb VİDEO

Gürcüstanın Qudauri kənd sakinləri rus pilot Fedor Çalışevi döyüblər.

İnsidentin videosu və ətraflı məlumat Facebook səhifəsində yerləşdirilib.

“30 nəfər sakin “bu mənim torpağımdır” fikri ilə pilot Fedor Çalışevi ölümcül haladək döyüblər. Onu təpiklə, daşla, bütün bədəninə xəsarət yetirərək döyüblər. Fedor ağır kəllə-beyin travması alıb, burnu sınıb. Eləcə də maşınının şüşələri sındırılıb”, - bu sözləri Nina Topolskaya yazıb.

Həmçinin o, sözlərinə əlavə edib ki, hadisə yerinə çağırılan polis heç nə edə bilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi “Zorakılıq” və “Özgə mülkünə zərər yetirmə” maddələri üzrə cinayət işi açıb.(oxu.az)

Gürcüstan

DİGƏR XƏBƏRLƏR

Top