ABŞ-da ən məşhur fərarini tutdular

ABŞ Dövlət Departamentinin Təhlükəsizlik Xidməti Hərbi Hava Qüvvələrinin kapitanı Uilyam Hyuzu tutub.

Yeniavaz.com-un "Vesti.ru" saytına istinadən verdiyi məlumata görə, o, 1983-cü ildə ordudan qaçıb. Cinayətkarı başqa adla gizləndiyi Kaliforniya ştatında saxlayıblar. U. Hyuz 35 İl əvvəl Qərbi Avropaya ezamiyyət zamanı yoxa çıxmışdı.

Axırıncı dəfə onu Nyu-Meksika ştatında görmüşdülər. Fərari bankın 19 müxtəlif şöbəsini gəzərək hesabından 28 min dollardan pul çıxarmışdı. Xüsusi xidmət orqanları U. Hyuzu uzun müddət axtarırdı, çünki onun olduqca məxfi məlumatlara girişi olub.

DİGƏR XƏBƏRLƏR

Top