İran "Boeing" şirkətini məhkəməyə verəcək

İran "Boeing" şirkətini beynəlxalq məhkəməyə verəcək. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin deputatı Taki Kəbiri deyib. Onun sözlərinə görə, buna səbəb şirkətin daha əvvəl İranla imzaladığı təqribən 20 milyard dollar məbləğində müqavilələr əsasında təyyarələri tədarük etməkdən imtina etməsidir: "İran çalışacaq ki, birtərəfli qaydada müqavilədən çıxan korporasiyaya qarşı təhqiqat aparılsın. "Boeing" şirkəti iyunun 6-da bəyan etmişdi ki, İranla imzaladığı müqavilələr əsasında bu ölkəyə təyyalər tədarük etməyəcək. Buna səbəb ABŞ Prezidenti Donald Trampın İran atomu üzrə sazişdən çıxması və bu ölkəyə qarşı əvvəllər ləğv edilmiş sanksiyaları bərpa etməsidir.

DİGƏR XƏBƏRLƏR

Top