Məktəbliləri ekskursiyaya aparan avtobus aşdı: 4 ölü

Gürcüstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Hadisə Kaxeti rayonunda Qombori aşırımında qeydə alınıb.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində ikisi uşaq olmaqla, 4 nəfər ölüb, xeyli sayda yaralı var.

Məktəblilər Kaxeti bölgəsinə ekskursiyaya gedirlərmiş. Faktla bağlı cinayət işi açılıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top