Dünya ekologiyası üçün ən zərərli şəhərlər - SİYAHI

Seul, Quançjou və Nyu-York ekologiya üçün ən təhlükəli şəhərlərdir. Yeniavaz.com-un “Life.ru” portalına istinadən verdiyi məlumata görə, bu barədə müxtəlif ölkələrin araşdırma institutlarını birləşdirən GGMCF layihəsində deyilir. Belə ki, Cənubi Koreyanın paytaxtı Seul ildə 267,1 meqaton karbon qazı buraxır. Siyahının ikincisi 272 meqatonla Çinin Quançjou sənaye mərkəzidir. Honk-Konq 208,5 meqatonla üçüncü yerdə qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq, Los-Anceles (196,4 meqaton), Şanxay (181), Sinqapur (161,1), Çikaqo (152,9), Tokio və Yokohama aqlomerasiyası (132,8) , Ər-Riyad (118,8) tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top