Bakıda sürücü maşını GÖRÜN HARDA saxladı - FOTOLAR

Bakıda 90-UR-209 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verib. Bu barədə Yeniavaz.com saytına hadisə şahidlərindən biri məlumat verib. Həmin şəxs dediklərinə sübut kimi avtomobilin dayandığı yerdə fotolarını da çəkib:

"Bura Bakının İslam Səfərli küçəsidir. Həmin küçə ilə gedərkən gördüm ki, piyada yolu - səki ilə hərəkət edən sürücülər qəfil yolu dəyişir və öz-özlərinə deyinirlər. Həmin yerə çatanda mən də yolumu dəyişməli oldum. Səbəb isə 90-UR-209 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verərək, maşını piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlaması idi. Fotodan da görünür ki, maşın elə saxlanıb ki, heç cürə piyada keçidindən keçib getmək olmur. Sürücü maşını saxlayıb harasa getmişdi. Avtomobilin şəkillərini çəkdim. Qoy insanlar belə sürücüləri tanısınlar, ictimai qınaq olmasa digərləri də çox rahatlıqla belə edərlər".

Qeyd edək ki, son vaxtlar həm sosial şəbəkələrdə, həm də saytlarda piyada səkilərində saxlanılan avtomobillərin fotoları tez-tez paylaşılır və insanlar öz iradlarını bildirirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, avtomobili 1 dəqiqə müddətində olsa belə piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlanılması qayda pozuntusudur: "Həmin sürücülər qanunla 20 manat cərimə olunurlar. Əgər həmin avtomobil təxliyə olunarsa, dayanma-durma qaydasını pozduğuna görə sürücü inzibati məsuliyyətə cəlb edilir. Təxliyə olunduğu zaman 20 manat cərimədən əlavə, təxliyə haqqı da ödənilməlidir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top