"Facebook" ayarlarının test yoxlanışı zamanı baş vermiş texniki xəta nəticəsində 14 milyon istifadəçinin yalnız müəyyən kateqoriya istifadəçi üçün görünə biləcək paylaşımları açıq şəkildə hamıya görünüb.
Yeniavaz.com Technote-yə istinadən xəbər verir ki, sözügedən hadisə 18-27 May tarixləri arasında baş verib.
Şirkət həmin xətanın aradan qaldırılması üçün 5 gün vaxt sərf edib.
Adətən istifadəçi hansısa paylaşımı paylaşmazdan öncə sosial şəbəkə həmin paylaşımı hansı istifadəçi kütləsi ilə paylaşmaq seçimini təqdim edir. Əgər əvvəlki paylaşımlar “yalnız dostlar üçün” olubsa, deməli yeni paylaşımlar da həmin kateqoriya insanlar üçün olacaq. Lakin, yaranmış sistem xətası nəticəsində hətta köhnə paylaşımların müəyyən kateqoriya insanlar üçün görünməsi halında belə yeni paylaşımlar hamı üçün görünən olublar. Şirkət bu problemlə qarşılaşmış bütün istifadəçilərə bu məsələ ilə bağlı bildiriş göndərib.