Türkiyə hərbiçilərinə terror hücumu - 1 şəhid, 3 yaralı

Türkiyənin Bingöl rayonunun Yedisu qəsəbəsində xidmət aparan hərbiçilər terrorçular tərəfindən atəşə tutulublar. Yeniavaz.com xəbər verir ki, hadisə axşam saatlarında hərbçilər zibil atmağa gedərkən baş verib.

Hücum nəticəsində 1 əsgər şəhid olub, 3-ü isə yaralanıb.

Hadisə yerinə gələn əlavə dəstək qüvvələri yaralı əsgərləri xəstəxanaya çatdırıblar. Terroristlərin ələ keçirilməsi üçün geniş əməliyyata start verilib.

DİGƏR XƏBƏRLƏR

Top