Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xırdalan şəhərinin bir hissəsində və Masazır qəsəbəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bu barədə Yeniavaz.com-a "Azərişıq" ASC-dən məlumat verilib.

Buna səbəb iyunun 8-dən 9-na keçən gecə saat 01:30-dan 02:00-dək Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişin həyata keçirilməsidir.

"Azərişıq" yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top