AMEA-nın yeni rəhbərliyi: kimin neçə yaşı var - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi seçilib.

Yeniavaz.com saytı AMEA-nın yeni rəhbərliyinin elmi titulları və doğum illəri ilə bağlı məlumatları araşdırıb.

1. Akif Əlizadə - AMEA-nın prezidenti. Geologiya-mineralogiya elmlər doktorudur. 84 yaşı var, 25 fevral 1934-cü ildə anadan olub.

2. İbrahim Quliyev - AMEA-nın vitse-prezidenti. Geologiya-mineralogiya üzrə elmlər doktoru, professordur. 71 yaşı var, 23 may 1947-ci ildə mayın 23-də Qırğızıstan Respublikasında, Bazar-Kurqan kəndində anadan olub.

3. İsa Həbibbəyli - AMEA-nın vitse-prezidenti. Filologiya elmləri doktoru, professordur. 68 yaşı var, 16 oktyabr, 1949-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olub.

4. Tofiq Nağıyev - AMEA-nın vitse-prezidenti. Kimya elmləri doktorudur. 77 yaşı var, 1941-ci il 4 mart tarixində Bakıda anadan olub.

5. Dilqəm Tağıyev - AMEA-nın vitse-prezidenti. Kimya elmləri doktorudur. 6 yanvar, 1950-ci ildə Kəlbəcərdə anadan olub.

6. Nərgiz Paşayeva - AMEA-nın vitse-prezidenti. Filologiya elmləri doktoru, professordur. 55 yaşı var, 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub.

7. İradə Hüseynova - AMEA-nın vitse-prezidenti. 1964-cü ildə anadan olub.

8. Rasim Əliquliyev - AMEA-nın akademik - katibidir. Texnika elmləri doktoru, professordur. 60 yaşı var, 20 yanvar 1958-ci ildə Bərdə rayonunda anadan olub.

9. Əhliman Əmiraslanov - AMEA-nın akademik - katibidir. Tibb elmləri doktoru, professordur. 70 yaşı var, 17 noyabr, 1947-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan), Göyçə Mahalı, Basarkeçər rayonunun, Zod kəndində anadan olub.

10. Teymur Kərimli - AMEA-nın akademik - katibidir. Filologiya üzrə elmlər doktoru, professordur. 64 yaşı var, 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Nurgüd kəndində anadan olub.

11. Nərgiz Axundova - AMEA-nın akademik - katibidir. Tarix üzrə elmlər doktoru, professordur. 59 yaşı var, 1959-cu ildə Bakı şəhərində anadan olub.

12. Nazim Məmmədov - AMEA-nın akademik - katibidir. Fizika-riyaziyyat elmləri doktorudur. 65 yaşı var, noyabrın 5-i, 1953-cü ildə Bakı şəhərində anadan olub.

13. Fəxrəddin Qədirov - AMEA-nın akademik - katibidir. Geologiya-mineralogiya elmləri doktorudur. 68 yaşı var, 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olub.

14. İsmayıl Hacıyev - AMEA-nın akademik - katibidir. Tarix üzrə elmlər doktoru, professordur. 67 yaşı var, 21 yanvar 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndində anadan olub.

15. Fuad Əliyev - AMEA-nın akademik - katibidir. 68 yaşı var, 1 fevral 1950-ci ildə Gəncədə anadan olub.

DİGƏR XƏBƏRLƏR

Top