Azərbaycan istehsalı avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılır. Artıq bir neçə dövlət qurumu tərəfindən “Xəzər” avtomobillərinin sifarişi daxil olub.

Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərməş”ASC-nin İdarə heyətinin sədri Emin Axundov bildirib. E.Axundovun sözlərinə görə, satışlar mağazaları Bakının 3 yerində – Badamdar, Babək prospekti və Ziya Bünyadov prospektində açılacaq:

“İlkin olaraq satışa 100 avtomobil çıxarılacaq. Bunlar “Xəzər” (14-16 min manat), “LD” (16 min manat) və “CD” (18 min manat) avtimobilləridir. Bir ay ərzində 160 avtmobilin istəhsalı nəzərdə tutulub. Tələbata uyğun olaraq istehsal həcmi artırıla bilər”.

E.Axundov qeyd edib ki, iyun ayının 20-dən avtomobil hissələrinin satışına başlanacaq. Onun sözlərinə görə, qiymətlər 14 min manatdan 16 min manat arasında dəyişir. G
Sifarişlərin sayına gəlincə, “Azərməş”ASC-nin İdarə heyətinin sədri Emin Axundov bu haqda da danışıb.

Onun sözlərinə görə, ayrı-ayrı dövlət qurumları tərəfindən ümumilikdə 40 sifariş var:

“İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Gəncə Nəqliyyat Avtomobil Xidməti və başqa qurumlardan sifarişlər daxil olub”.

DİGƏR XƏBƏRLƏR

Top