Erməni nazir: Rusiya qazın qiymətini qaldırsa...

Rusiya qazının qiyməti haqqında müzakirələr noyabrda başlayacaq.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın enerji infrastrukturu və təbii resurslar naziri Atur Qriqoryan deyib.

O bildirib: “Müzakirələr başlayanda biz təklif alacağıq. Onda bu barədə sizə məlumat verəcəyik. Tarif məsələləri üzrə İctimai xidmətlərin tənzimlənməsi komissiyası məşğul olur”.

Nazir jurnalistin “Rusiya yanacağın qiymətini qaldırsa, Ermənistan İrandan qaz tədarük edəcəkmi” sualına cavabında deyib: “Rusiya bu addımı atsa, hər şey mümkündür. Əlbəttə ki, biz ucuz qaz idxal etməkdə maraqlıdır”.

A. Qriqoryan daha əvvəl demişdi ki, İrəvana İranla müqayisədə Rusiyadan qaz almaq daha sərfəlidir, çünki İran qazı sərhəddə 165 dollara başa gəlir, Ermənistan isə Rusiya qazını 150 dollara alır. Hərçəndə qaz son istifadəçiyə təqribən iki dəfə baha qiymətə çatır. Belə ki, ayda azı 10 min kubmetr qaz istifadə edən hər min kubmetrə görə 290 dollar ödəyir.

DİGƏR XƏBƏRLƏR

Top