Bakıda ağac avtomobilin üzərinə aşıb

Bakıda iri gövdəli ağac aşıb.

Hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi 78 ünvanında qeydə alınıb. İri gövdəli ağac Pərviz Hüseynova məxsus “Mercedes” markalı, 90 LH 819 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top