Putin Trampla görüşmək üçün xahiş ünvanladı

Rusiya prezidenti Vladimir Putin bu yay amerikalı həmkarı Donald Trampla görüşün təşkil edilməsi üçün Avstriya kansleri Sebastyan Kurtsa xahiş ünvanlayıb.

Bu barədə “The Wall Street Journal” nəşri yüksək vəzifəli məmura istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Putin bu fikrini Vyanaya səfəri zamanı dilə gətirib. Kurts Trampa məsələ ilə bağlı müraciət edəcəyini vəd edib.

TASS agentliyi Ağ evin Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsinə istinadla bildirir ki, Avstriya Putin-Tramp görüşünün təşkili məsələsini ABŞ-ın diqqətinə çatdırıb. Amerika administrasiyası məsələ ilə bağlı hələlik heç bir qərar verməyib.

ABŞ mediası yazır ki, Ağ ev Trampın Putinlə görüşünü təşkil etməyi planlaşdırır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top