Almaniyada sirkdən qaçan fil bir müddət şəhərdə gəzib VİDEO

Çərşənbə günü Almaniyada yaşlı Afrika fili günün günorta çağı sirkdən qaçaraq bir müddət şəhərdə sərbəst şəkildə gəzib.

Bu barədə cümə axşamı polisə istinadən "Der Spiegel" nəşri yazıb.

Bildirilir ki, hadisə 65 min nəfərə yaxın insanın yaşadığı Noyvid şəhərində (Reynland-Pfalts federal torpağı) baş verib.

Məlumata görə, sirkdə filin qaçmasından dərhal xəbər tutmayıblar. "Keniya" ləqəbli heyvan tutulana və volyerə qaytarılana qədər şəhərdə 1 kilometr hərəkət edib. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Heç kim zərər çəkməyib. (Report)

Fil

DİGƏR XƏBƏRLƏR

Top