Ərəb olduqlarını deyib, kassadan 1200 azn oğurladılar VİDEO

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində qeyri-adi qarət hadisəsi baş verib.

Zərərçəkmiş Qurban Qurbanov ərazi üzrə 10-cu polis bölməsinə qarətlə bağlı şikayət edib.

Məlumata görə, onun yataq dəsti satılan mağazasında özlərini Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları kimi təqədim edən şəxslər kassadan 1200 manat pul oğurlayıblar.

Mağazanın təhlükəsizlik kamerasına baxış zamanı polis həqiqətən də iki nəfər şəxsin satıcı ilə danışdığını əks etdirən görüntüləri görüb. Xanım işçiyə ərəb olduqlarını bildirən həmin şəxslər yataq dəsti almaq istədiklərini deyiblər.

Kadrlardan aydın olur ki, onlardan biri satıcının başını qatır, digəri isə mağazada gəzir.

Həmin vaxt o, fürsətdən istifadə edib, kassada olan pulları götürərək aradan çıxıb. İndi görüntülər əsasında polis hər iki şəxsi axtarır.

Qeyd edək ki, hadisənin müşahidə kamerasına düşmüş görüntüsü videonun 1.15 dəqiqəsindən başlayır. (Xəzər TV)

Kassa

DİGƏR XƏBƏRLƏR

Top