Kılıçdaroğlu Ərdoğana 110 min lirə ödəyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yaxınlarının Men adasına pul köçürdüklərini iddia edən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı 1 milyon 500 min lirəlik mənəvi təzminat iddiası üzrə məhkəmə hökm verib. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, məhkəmə bu çərçivədə 110 min lirə mənəvi təzminatın R.T. Ərdoğana, 15 min lirənin Əhməd Burak Ərdoğana (R.T. Ərdoğanın oğlu), 17 min lirənin Ziya İlgenə (R.T. Ərdoğanın yeznəsi), 25 min lirənin Mustafa Ərdoğana (R.T. Ərdoğanın qardaşı), 20 min lirənin Osman Ketenciyə (R.T.Ərdoğanın qudası) və 10 min lirənin iş adamı Mustafa Gündoğana ödənməsi barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top