Bu yolda hərəkət məhdudlaşdırılır - XƏBƏRDARLIQ

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində 8 iyun 2018-ci il tarixdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Yeniavaz.com saytı "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına əsasən bildirir ki, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top