Sabiq icra başçısı: Nahardan qayıdanda eşitdim ki, işdən çıxarılmışam


Bu gün prezident İlham Əliyev Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Keçmiş icra başçısı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.

Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması barədə açıqlama verib.

“Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir.

Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”, - 75 yaşlı sabiq icra başçısı deyib.

Qeyd edək ki, prezident İlham Əliyev Məmməd Cahangir oğlu Məmmədovun Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam verib.(Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top