Netanyahu: İsrail Suriya ordusuna qarşı hücum etməyə hazırdır

İsrail Suriyada təkcə İranla bağlı qruplaşmaları deyil, həm də Suriya ordusunun özünə hücum etməyə hazırdır. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O bildirib: “Fikrimcə, Əsəd artıq bunu çox ciddi diqqətə almalıdır. İŞİD-lə müharibə qurtarandan sonra, Əsəd İranı çağırdı və ona Suriya ərazisindən hücum etməyə imkan verir. Belə olan halda Əsədin rejimi daha təhlükəsizlikdə deyil. Əgər o bizə atəş açsa, biz onun qüvvələrini məhv edəcəyik. Bunu təkcə İran qüvvələri deyil, həm də Əsəd rejimi özündə hiss edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top