İndiyədək nefti və qazdan 135 milyard dollar gəlirimiz olub

İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 134,777 milyard dollar daxil olub. Yeniavaz.com ARDNF-dən verilən məlumata istinadən bildirir ki, 2001-ci ildən bu il iyunun 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 132,271 milyard dollar gəlir əldə olunub. Bu məbləğin 3,785 milyard dolları bu il daxil olan vəsaitin payına düşüb. 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2,506 milyard dollar daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top