Putin: "Payıza qədər benzinin qiymətləri əvvəlki səviyyəyə qayıdacaq"

Xalqla canlı yayıma çıxan Vladimir Putin Sankt-Peterburq sakinin son günlər benzinin bahalaşması ilə bağlı sualına cavab verib. Rusiya KİV xəbər verir ki, Putin bahalaşmanın enerji resursları sahəsində tənzimləmə siyasətinin yanlış aparılması ilə əlaqədar olduğunu deyib.

“Hökumət bu sahədə manevrlər edir. Detallara varmayacam. Bu addımlar ölkədən neft resurslarının xaricə daşınmasına səbəb oldu. Bazarda qiymətlər artdı”. Rusiya prezidenti payıza qədər qiymətlərin əvvəlki səviyyəyə qayıdacağına söz verib.

DİGƏR XƏBƏRLƏR

Top