Britaniya parlamentində yatmaq və qışqırmaq qadağan olundu

Böyük Britaniya parlamentində yayılan sənədə əsasən, Lordlar Palatasının üzvləri debatlar zamanı mürgülüməyi dayandırmalıdırlar. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, lordlar müvafiq davranış qaydalarına əməl etməlidirlər. Sənəddə xüsusilə qeyd edilir ki, son aylar parlamentin yuxarı palatasında davranış siyasətçilərin əməl etməli olduğu standartlara uyğun olmayıb. Bildirilir ki, lordların əsas yaramaz hərəkətləri yüksək səslə söhbətlər, qışqırıqlar, elecə də debatlar zamanı yuxulamaq olub.

DİGƏR XƏBƏRLƏR

Top