Separatçı Qarabağ rejimində yeni təyinatlar

Qriqor Martirosyan separatçı Dağlıq Qarabağ rejiminin yeni “dövlət naziri” təyin edilib. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Q. Martirosyan daha əvvəl “maliyyə naziri” postunu tutub. O, bu vəzifədə iyunun 6-da istefa vermiş Araik Arutyunyanı əvəzləyib. Öz növbəsində separatçı rejimin rəhbəri Bako Saakyan Artur Arutyunyanı “maliyyə naziri” təyin edib. Bundan başqa, Samvel Şahramanyan “Milli Təhlükəsizlik Xidmətinin direktoru” vəzifəsinə gətirilib. O, vəzifəsindən kənarlaşdırılan Arşavir Qaramyanı əvəzləyib. Qeyd edək ki, son günlər Xankəndində güc strukturlarının rəhbərlərini istefası tələb olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top