Ermənistanda yeni partiya qurulur

“Taşir” şirkətlər qrupunun təsisçisi və prezidenti Samvel Karapetyan və İrəvanın keçmiş meri, sabiq nəqliyyat naziri Qaqik Beqlaryan növbədənkənar parlament seçkiləri ərəfəsində yeni siyasi partiya qurmaq qərarına gəliblər. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, S. Karapetyan siyasi proseslərdən kənarda qalmaq istəmir və erkən parlament seçkiləri ərəfəsində yeni partiya yaradır. İrəvanın sabiq meri Q. Beqlaryan təşkilati məsələlərlə məşğul olacaq. O, Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasından (ERP) çıxmaq qərarına gəlib. Qeyd edək ki, S. Karapetyanın qardaşı Karen Karapetyan ERP-nin üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top