Küçələrdə bunu edənlər cəzalandırılacaqlar VİDEO

Paytaxtın müxtəlif yerlərində divarlara, metronun havalandırma borularının üzərində tez-tez kortəbii yapışdırılmış reklamları görmək mümkündür.

Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bunu edənlərin maarifləndirilməsi üçün tədbirlər görüldüyünü söyləyib.

Onun sözlərinə görə, həmin şəxslər xəbərdarlıqlara məhəl qoymazlarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunacaq.

Qurumun sözçüsü onu da qeyd etdi ki, “Reklam daşıyıcılarının onlayn qeydiyyat” sistemi qısa zamanda istifadəyə veriləcək. Bununla da reklam vermək istəyən şəxslər ərazidən asılı olaraq xərclərini avtomatik öyrənə biləcək. Bu isə reklam sahəsində həm şəffaflığı təmin edəcək, həm də reklam vermək üçün əlavə vaxt itkisinə ehtiyac qalmayacaq. (Xəzər TV)

Elan

DİGƏR XƏBƏRLƏR

Top