Ədən körfəzində 46 miqrant batıb

Bu gün 46 efiopiyalı miqrant Ədən körfəzini keçmək istəyərkən həyatını itirib.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Leonard Doyl bildirib.

“Əməkdaşlarımızdan suda batan 37 kişi və 9 qadın barədə məlumat almışıq. Daha 16 nəfər itkin düşüb. Onların sağ qalma ehtimalı çox azdır”, deyə L.Doyl qeyd edib.

Məlumata əsasən, Efiopiyadan olan miqrantlar Somalinin Bosaso limanından qayıqla dənizə çıxıblar. Qayıqda ümumilikdə 100 nəfərin olduğu ehtimal olunur. Onların Yəmənə iş dalınca üz tutduqları bildirilir.(APA)

DİGƏR XƏBƏRLƏR

Top