Maradona xəstəxanaya çatdırılıb, əməliyyat olunacaq

Argentinanın keçmiş futbolçusu Diyeqo Armando Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, futbolçu xəstəxanada dizindən əməliyyat olunacaq. 57 yaşlı Maradonanı cərrah German Oçoa əməliyyat edəcək. O, 17 il əvvəl argentinalını hər iki dizindən əməliyyat edib. Maradona 4 aydır ayaq ağrılarından əziyyət çəkirmiş.

DİGƏR XƏBƏRLƏR

Top