Sabirabadda dəhşətli yol qəzası baş verib

Sabirabad rayonunun Bulaqlı kəndində içində məktəbli və müəllimlərin olduğu avtobus yük maşını ilə toqquşub. Qəza zamanı məktəblilərdən 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu həlak olub.

Bundan başqa,beşi məktəbli olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Xəsarət alanların əksəriyyətinin adı məlumdur:
9 yaşlı Ağamirzə Mehman oğlu Ağayev;
11 yaşlı Mirzə Samir oğlu Niftiyev;
12 yaşlı Vüsal Murad oğlu Əliyev;
16 yaşlı Şəmsiyyə Qənibət qızı Həziyeva;
17 yaşlı Rəhman Əziz oğlu Mirzəyev;
36 yaşlı Aybaniz Bəxtiyar qızı Gülmməmmədova;
36 yaşlı İlham Qənibət oğlu Hacıyev;
52 yaşlı Vahid Bədirxan oğlu Balakişiyev.

Report

DİGƏR XƏBƏRLƏR

Top