"Əlvida, ibtidai sinif"

Mingəçevir 13 saylı tam orta məktəbin IV b sinif şagirdləri tərəfindən "Əlvida, ibtidai sinif" adlı maraqlı tədbir keçirilib. Məktəbin qabaqcıl və yenilikçi müəllimləırindən olan Rahilə Əliyeva yetirmələri ilə əldə etdikləri bilik və bacarıqları məharətlə nümayiş etdiriblər.

Əvvəlcə himni oxuyan şagirdlər ardınca şən musiqi sədaları altında səhnəyə toplaşıblar. Şagirdlər öncə təqdimetmədə adlarına həsr olunmuş şeirlərlə özlərini təqdim ediblər. Aparıcılar əziz müəllimələri Rahilə Əliyevanı qonaqlara təqdim ediblər.

Rəngarəng videoçarx və slaydların müşayiəti ilə dördüncülər müxtəlif şeir və mahnılar ifa edib, əyləncəli səhnəciklər, idman nömrələri və dünya xalqlarının repertuarından rəqslər göstəriblər. Tədbirdə valideynlər, müəllimlər və şəhər təhsil şöbəsinin nümayəndələri çıxış edərək, uşaqların bu səviyyədə yetişməsində böyük zəhməti olan Rahilə müəlliməni və məktəbliləri dərs ilinin uğurla yekunlaşdırmaları, qazanılan nailiyyətlər münasibətilə ürəkdən təbrik ediblər.

Məktəbin direktoru, Əməkdar müəllim Tünzalə Əfəndiyeva tədbirə yekun vuraraq, 13 saylı tam orta məktəbin 2017-2018-cı dərs ilində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb, məktəbin bütün müəllim və şagird kollektivinə gələcək fəaliyyətlərində daha da böyük uğurlar arzulayıb.

Qeyd edib ki, Rahilə müəllimənin yetirmələri həmişə öz dəstxətti ilə fərqlənən şagirdlər olublar. 36 illik pedaqoji fəaliyyəti illərində Rahilə müəllimə 13-cü buraxılışını edir. Dördüncülər estafeti birincilərə ötürərək şən musiqi sədaları altında tədbirlərini davam etdiriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top