Paşinyanın öskürəyi fransız həkimi Ermənistana gətirdi

Fransadan olan həkim Gevorq Abqaryan Ermənistana qayıtmaq qərarına gəlib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirib: “Fransız-erməni həkim Gevorq Abqaryan qeyri-zorakı, xalq inqilabına çağırışı eşidərək Ermənistana sərmayə qoyub və evinə qayıtmaq barədə düşünür. O, səsimi qaydaya salmaq üçün bu yaxınlarda bizdəydi. Ermənistandan olan həkimlər inciyiblər. Nikol fikirləşir ki, biz onun öskürəyini müalicə edə bilmərik. Onda bax gör fransız təbabəti nə edə bilər”.

Qeyd edək ki, N. Paşinyan İrəvanda aprel mitinqləri zamanı soyuqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top