"Anadolu Universitetinin Bakıda verdiyi diplom hüquqi sənəd deyil"

"Bakı şəhərində Anadolu Universiteti adı təhsil müəssisəsi fəaliyyət göstərir. Hal-hazırda onun verdiyi diplom, sənəd hüquqi qüvvəyə malik deyil". Yeniavaz.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Çünki bu təhsil müəssisəsinin fəaliyyəti üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib: "Lakin bu o demək deyil ki, o universitetin fəaliyyəti qanunsuzdur.

Bininci ona görə ki, Anadolu Universitetinin rəsmi saytında (www.anadolu.edu.tr) xarici ölkələrdə rəsmi filialı olması barədə məlumat var və qəbul şərtləri açıqlanıb (https://www.anadolu.edu.tr/…/yurtdis…/azerbaycan-programlari).

İkincisi, ona görə ki, sənədləri Azərbaycanda (ancaq Bakı filialında təhsil alanların, bu Türkiyədə təhsil alanlara aid deyil) tanınmır ki, təhsil forması distantdır. Bu təhsil alma forması 2009-cu ilin "Təhsil haqqında" Qanununda öz əksini tapsa da, məsələ həll olunmayıb".

Ekspert bildirib ki, müraciət edən valideynlər orada təhsil alanların aqibəti ilə maraqlanıb, sonra ora müraciət etməlidirlər: "Əgər oğlan tələbələrə verilmiş təhsil haqqında sənəd onlara hərbi xidmətdən möhlət hüququ vermirsə, bu o deməkdir ki, orada vaxt və pul itirməyə dəyməz. Ancaq durub elan etmək ki, Universitet qanunsuzdur, bu biznes maraqlarına, işgüzar əlaqələrə və fəaliyyətə ziddir. Çünki universitetin rəsmi saytı var (anadolu.edu.az) özü haqqında bütün məlumatları verib və bu o deməkdir ki, onlar vergi və digər ödənişləri ödəyirlər və açıq şəkildə fəaliyyət göstərirlər".

DİGƏR XƏBƏRLƏR

Top