Separatçı Dağlıq Qarabağ bölgəsində daha bir istefa

Qondarma Dağlıq Qarabağ qurumunun “polis rəisi” Kamo Ağacanyan istefa verib.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, 2013-cü il martın 25-dən bu vəzifəni tuturdu. Bildirilir ki, K. Ağacanyan mövcud ictimai tələbi nəzərə alaraq istefa vermək qərarına gəlib.

Xatırladaq ki, bu gün iyunun 6-da separatçı bölgənin “dövlət naziri” Araik Arutyunyan istefa verib. Xankəndində bu günlərdə “polis rəisi” və “Milli Təhlükəsizlik Xidmətinin rəhbəri”nin istefaya göndərilməsi tələbilə etiraz aksiyaları keçirilib. Qondarma xidmətin əməkdaşları iyunun 1-də vətəndaşları döydükdən sonra ictimai narazılıqlar baş qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top