Azərbaycanda magistraturaya qəbul imtahanında ƏN YÜKSƏK NƏTİCƏNİ bu tələbə göstərib

Bakı Mühəndislik Universitetində təhsil və tədrisin yüksək olması məzunlarının əmək bazarında asanlıqla iş tapmaları ilə yanaşı, magistraturaya qəbul imtahanında da özünü göstərir.

Universitetin mətbuat xidmətindən Yeniavaz.com saytına verilən məlumata görə, hər il DİM-in təşkil etdiyi magistraturaya qəbul imtahanında BMU-nun bakalavr məzunları yüksək nəticə göstərirlər: “Bu il də magistraturaya qəbul imtahanında universitetimizin "Maliyyə" ixtisasının sonuncu kurs tələbəsi Bəxtiyar Zeynalov 138 bal toplayaraq, Respublika birincisi olub.

Bəxtiyar Zeynalov 1997-ci ildə anadan olub.

Bakı şəhəri M. Hüseynzadə adına 3 saylı məktəbdən məzun olub.

O, universitetə qəbul imtahanında 677 bal toplayaraq, Bakı Mühəndislik Universitetinin maliyyə ixtisasını seçib.

Bəxtiyar Zeynalovun bakalavr təhsili zamanı ümumi orta qiyməti 100 ballıq sistem üzrə 88 olub”.

DİGƏR XƏBƏRLƏR

Top