Qaxda evlərdə çatlar yarandı

Qax rayonunda baş verən zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib, Rayon İcra Hakimiyyətinə kəndlərdən müraciətlər daxil olub. Bu barədə Qax rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Tahir İsmayılov məlumat verib.

Komissiya sədrinin sözlərinə görə, rayonun Güllük, Turaclı, Tasmalı, Çüdüllü kəndələrində zəlzələ nəticəsində çatların əmələ gəlməsi ilə bağlı icra hakimiyyətinə müraciət olub: "Bu saata qədər dörd kəndin hər birindən bir müraciət daxil olub".(Report)

DİGƏR XƏBƏRLƏR

Top