Metro işçiləri tətili dayandırdı - Əmək haqları artırılacaq

Tbilisi metropoliteninin maşinistlərinin iki günlük tətili dayandırılıb. Metro bu gün saat 14:00-da fəaliyyətini bərpa edəcək.

Metro maşinistləri və Tbilisi meriyası arasında əmək haqlarının artırılması ilə bağlı danışıqlar nəticə verib. Əmək haqlarının gələn ilin yanvarından artırılacağı gözlənilir. Artımın nə qədər olacağı hələ məlum deyil.

Qeyd edək ki, Tbilisi metro işçilərinin tətilinə görə, şəhərdə ictimai avtobuslar sərnişinlərə ödənişsiz xidmət göstərib. Metro maşinistləri əmək haqlarının 45% artırılması tələbi ilə tətil keçirib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top