Polşa prezidentinin təyyarəsinin qalıqlarında partladıcı maddə izləri aşkarlanıb

2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən aviaqəza nəticəsində ölən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qalıqları və cəsədlərdən birinin üzərindən partladıcı maddə izləri aşkarlanıb.

Bu barədə təyyarə qəzası üzrə Polşanın istintaq komissiyasının nümayəndələri bildirib.

“Xüsusi avadanlıqlarla müayinə edilmiş “Ту-154М” təyyarəsinin qalıqlarının xeyli hissəsinin və ən azı bir cəsədin üzərində partladıcı maddə aşkarlanıb”, - deyə komissiyanın hazırladığı hesabatda bildirilir.

Komissiya üzvləri qəza yerindən götürülən torpaq nümunələrində partladıcı maddələrin aşkarlanmadığını bildiriblər.

Xatırladaq ki, "Tu-154" təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top