İran nüvə proqramını bərpa etdi

İran hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.

Bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“Ötən gün biz BAEA-nə məktub göndərmişik. Həmin məktubda nüvə proqramı kontekstində işlərin başlandığını qeyd etmişik. Agentlik bu gün məktubu qəbul edib. Ona görə, bu gündən etibarən prakitiki addımlara başlayırıq” – deyə Salehi bildirib.

Onun sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdi. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top