Qırğızıstanın sabiq Baş naziri tutuldu

Qırğızıstanın keçmiş Baş naziri Sapar İsakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, korrupsiya haqqında cinayət işi çərçivəsində tutulub. Bişkekdə saxlanılan S. İsakov ötən ilin avqustunda ölkənin sabiq Prezidenti Almazbek Atambayevin dövründə Baş nazir postunu tutub. Yarım ildən sonra parlament onu vəzifədən uzaqlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top