Emin Aslana 30 sutka verildi

Emin Aslana 30 sutka verildi

ABŞ-da təhsilini yenicə bitirib ölkəyə qayıdan gənc hüquqşünas Emin Aslanov 30 sutka inzibati həbs edilib, onun vəkili Elçin Sadıqov bildirib.

Elçin Sadıqovun sözlərinə görə, o vəkillik orderini təqdim etsə də, Nərimanov rayon məhkəməsi ona məlumat vermədən Emin Aslanov barəsində "polisin qanuni tələblərinə qəsdən tabe olmamaq" maddəsinə əsasən 30 sutka həbs cəzası təyin edib

Emin Aslanov iyunun 4-də Bakının Dənizkənarı Bulvar ərazisində mülki geyimli şəxslər tərəfindən "naməlum istiqamətə aparılıb".

Həmin vaxtdan bəri dostları və hüquq müdafiəçiləri gənc hüquqşünasdan heç bir xəbər ala bilməyib.

Daxili İşlər Nazirliyi BBC News Azərbaycancaya Emin Aslanovla bağlıı hələlik heç bir şərh verməyib.

Emin Aslanov necə saxlanılıb?

Emin Aslanov saxlanılan zaman yanında rəfiqəsi "olub".

"Rəfiqəsi deyir ki, ona yaxınlaşıb Emin olduğunu soruşublar, o da təsdiq edib, sonra onu maşına otuzduraraq aparıblar", vəkil Elçin Sadıqov belə deyir.

Hüquq müdafiəçisi Anar Məmmədli BBC News Azərbaycancaya deyib ki, Emin Aslanov saxlandıqdan sonra Bakının Səbail rayonunun polis idarəsinin bir neçə bölməsində olub, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Bakı Baş Polis idarəsinə gedərək Eminin orda olub-olmamasını soruşub, amma bir cavab ala bilməyib.

Anar Məmmədli onu da deyir ki, Emin Aslanov saxlandıqdan dərhal sonra onun rəfiqəsi 102 xidmətinə zəng edib və polis idarəsində ərizə yazıb.

"Ötən müddət ərzində Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı və polis bölmələrinə müraciətlərə baxmayaraq, onun yerini dəqiqləşdirmək mümkün olmayıb".

Anar Məmmədli bildirib ki, Emin Aslanov Facebook hesabını 1 ildir bağlasa da "məhz o yoxa çıxandan sonra hesab aktivləşib".

Hüquq müdafiəçisi bunu "Eminin Facebook hesabına baxış" keçirilməsi ilə izah edir.

DİN cavab verəcəyini deyir

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirdilər ki, Emin Aslanovla bağlı məsələni araşdırıb cavab verəcəklər.

Facebook sosial şəbəkəsində hadisə şahidlərinə istinadən Emin Aslanov "Mercedes" markalı avtomobillə aparıldığı bildirilir. İddialara görə, avtomobil Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bir əməkdaşına məxsusdur.

Emin Aslan mayın 30-da ABŞ-ın Syracuse universitetində hüquq üzrə magistr təhsilini başa vurub Azərbaycana dönüb.

O, Bakı Dövlət Universitetinin hüquq fakultəsindən məzun olub. Yerli hüquq şirkətlərində işləyib və Azərbaycandan məhkəmələrindən şikayətlərin Avropa İnsan Haqları Məhkəməsinə göndərilməsində yaxından iştirak edib.

Bir çox yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarında, insan hüquqları müdafiə qurumlarında çalışıb.

O, 2017-ci ildə təqaüd qazanaraq ABŞ-da hüquq təhsilini davam etdirməyə gedib.

Mayın 30-da hüquq üzrə magistr təhsilini başa vuran Emin Aslanov Azərbaycana qayıdıb.

"Hər bir həbsin açıq qeydi olmalıdır"

Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia BBC Azərbaycanca ilə öz narahatlıqlarını paylaşıb:

"Məni narhat edən odur ki, onun vəkili və ailəsi müxtəlif hökumət orqanlarına müraciət ediblər və heç kəs onun harada olduğunu bilmədiyini deyir. Hər bir həbsin açıq qeydi olmalıdır. Avropa İnsan Haqları Məhkəməsi öz hökmlərində dəfələrlə deyib ki, hökumətlər həyata keçirilən hər bir həbsin siyahısını saxlamlıdır və saxanılan şəxsin vəkili və ya ailəsi bu siyahıya girişlə təmin edilməlidir".

Onun fikrincə, belə davranış "Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına öhdəliklərini" pozması kimi qiymətləndirilə bilər.

"Ciddi şübhələr var ki, o, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Onun vəkili və ailəsi bütün səylərinə baxmayaraq, onu tapmağa nail ola bilməyiblər" o əlavə edir. (BBC)

DİGƏR XƏBƏRLƏR

Top