Nazir olmaq üçün 2 milyon dollar verən polkovnik saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları Moskvada Dağıstan Daxili İşlər Nazirliyinin şöbə müdiri, polkovnik Maqomed Xizriyevi saxlayıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, o, bir neçə vasitəçi ilə özünün Dağıstanın daxili işlər naziri vəzifəsinə təyin edilməsi üçün 2 milyon dollar rüşvət verməkdə ittiham olunur. Xatırladaq ki, hazırda Dağıstanın daxili işlər naziri Əbdürəşid Maqomedovun 61 yaşı var. Rusiya Prezidenti Vladimir Putin onun müqaviləsini rəsmi olaraq daha bir il müddətinə uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top